Bakıda 3 maşın toqquşdu, biri yandı

bakida-3-masin-toqqusdu-biri-yandi
Oxunma sayı: 1213

Bakı şəhəri, Suraxanı rayonunda sahibləri məlum olmayan “VAZ”, “BMW” və “OPEL” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəzası baş verib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nəticədə, “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.