Bir neçə gün əvvəl müəmmalı şəkildə itkin düşən qadın və 3 övladı tapılıb.
“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci bölməsi əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində Sevil Hüseynzadə azyaşlı qızı Mələk və Ruqiyyə, eləcə də oğlu Əlizadə ilə birlikdə tapılıb.
Onun yerinin müəyyən edilməsi ilə bağlı ailəsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər