Ötən gecə Bakıda baş verən yanğında 3 polis əməkdaşı tüstüdən zəhərlənib.
“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 24-də Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə köməklik edən 3 polis əməkdaşı zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb, lazımi müalicə aldıqdan sonra evə buraxılıb.
Qeyd edək ki, yanğın zamanı binanın 50 nəfərdən çox sakin xilas edilib.
Son xəbərlər
Son Xəbərlər