Bakıda 3 yaşlı uşağı maşın vurdu

bakida-3-yasli-usagi-masin-vurdu
Oxunma sayı: 1596

Bakıda 3 yaşlı uşağı maşın vurub. "Qafqazinfo" xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

Bakı şəhər sakini İsmayıl Əsgərov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Yusif Qasımovu vurub.

Nəticədə ağır xəsarət alan Y.Qasımov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.