Bakıda 33 yaşlı şəxs əmisini qətlə yetirdi

bakida-33-yasli-sexs-emisini-qetle-yetirdi
Oxunma sayı: 3017

Gecə saatlarında Bakıda qətl törədilib.

“Qafqazinfo” Xəzər Rayon Prokurorluğuna istinadən xəbər verir ki, sentyabrın 29-u saat 03 radələrində Xəzər rayonu, Buzovna qəsəbə sakini 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı oğlu 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam edir.