Bakıda 35 dərəcə isti- - Rayonlarda yağış

bakida-35-derece-isti-
Oxunma sayı: 1740


“Qafqazinfo” xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

“Qafqazinfo”