Bakıda 35 yaşlı kişi güllələndi

bakida-35-yasli-kisi-gullelendi
Oxunma sayı: 3058

Bakının Suraxanı rayonunda güllələnmə hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Cavadov İlkin Miraslan oğlu naməlum şəxs tərəfindən odlu silah vasitəsilə güllələnib.

O, sol bazu və döş qəfəsindən güllə yaraları ilə xəstəxanaya yerləşdirilib. Hazırda İ.Cavadov cərrahi əməliyyat olunur.