Bakıda 37 minlik pivə oğurluğu

bakida-37-minlik-pive-ogurlugu
Oxunma sayı: 2702

Abşeron rayonunda oğurluq edən iki nəfər keçmiş məhkum saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birindən yanvarın 1-dən 29-dək olan müddətdə anbardan hər birinin qiyməti 50 manat olan ümumilikdə 37.500 manat dəyərində 750 ədəd “Falken” pivəsinə aid çəllək oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Məmmədov və T.Həsənov saxlanılıb.

Araşdırma aparılır.