Bakıda 4 maşın toqquşdu

bakida-4-masin-toqqusdu
Oxunma sayı: 1141

Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Azadlıq prospektində “Mercedes” markalı avtomobil “Nissan X-Trail” avtomobili ilə toqquşub. Nəticədə “Nissan X-Trail” yaxınlıqda dayanan “Hundai Sonata” və “Lexus” markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Polis əməkdaşları ərazidə qəzanın səbəblərini araşdırırlar.