Bakıda 4 otaqlı ev yanıb

bakida-4-otaqli-ev-yanib
Oxunma sayı: 1026

Bakıda 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.