Bakıda 4 yaşlı pakistanlı uşaq binadan yıxıldı

bakida-4-yasli-pakistanli-usaq-binadan-yixildi
Oxunma sayı: 2280

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Qafqazinfo"nun məlumatına görə, Nəsimi rayonu Mirəli Qaşqay küçəsi 63-də Pakistan vətəndaşı, 2018-ci il təvəllüdlü Abdul Maman Muhammed Niamat yaşadığı binanın pəncərəsindən yıxılıb. 4 yaşlı uşaq xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza