Bakıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
“Qafqazinfo” xəbər verir ki, Binəqədi rayonunda 2019-cu il təvəllüdlü Rəhim Əlirza oğlu Səfərov ailə üzvlərinin yanında olan zaman yaşadığı evin həyətində manqalın üstünə çıxıb tut dərmək istəyib. Bu zaman manqal azyaşlının üzərinə aşıb.
Ağır xəsarət alan 4 yaşlı oğlan Kliniki Tibbi Mərkəzə çatdırılsa da, orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Həmçinin oxuyun: Запись на прием к известному российскому врачу доступна только 31 мая