Bakıda 40 yaşlı kişi bıçaqlandı

bakida-40-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 1370



“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, Zabrat qəsəbəsi Əlillər Evi 2 üvanında yaşayan 40 yaşlı Elnur Şirinov yaşadığı ərazidə naməlum şəxslər tərəfindən bçıaqlanıb. 

Döş qəfəsindən bıçaq zərbələri alan Elnur Şirinov 2 saylı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı Sabunçu Rayon Polis Şöbəsində araşdırma aparılır.