Bakıda 4032 sərxoş sürücü saxlanılıb

bakida-4032-serxos-surucu-saxlanilib
Oxunma sayı: 711


“Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Azərtac-a bildirib ki, bu müddətdə avtomobili sərxoş vəziyyətdə idarə edən 4032 sürücü yol polisi əməkdaşları tərəfindən yollarda təhlükəsizlik tədbirləri aparılarkən saxlanılıb. Eləcə də qəza şəraiti yaratdığına görə 677 sürücü saxlanılaraq barələrində inzibati protokollar tərtib edilib.

Yol hərəkəti qaydalarını pozan 24 min 845 piyada qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilib.