Bakıda 467 nəfər qəza qorxusu yaşadı - - Yenilənib

bakida-467-nefer-qeza-qorxusu-yasadi-
Oxunma sayı: 3599


Bu gecə Heydər Əliyev Bakı beynəlxalq hava limanında AİRBUS 380 təyyarəsi qəza enişi edib. ANS PRESS-in Minval.az saytına istinadən verdiyi məlumata görə, təyyarə Sinqapurdan Londona uçurmuş.

Təyyarənin göyərtəsində 467 sərnişin olub. Sərnişinlər təhlükəsiz yerə təxliyə ediliblər. Xəsarət alan yoxdur.

Hava limanın texniki briqadası təyyarədə yaranan nasazlığı aradan qaldırmağa çalışır.

***

Bu gecə Londondan Sinqapura uçarkən Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanında qəza enişi edən təyyarənin təmirə ehtiyacı var. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin ANS PRESS-ə verdiyi məlumata görə, qəza enişi edən AİRBUS 380 təyyarəsində 467 sərnişin və 27 təyyarə ekipajı olub. Hazırda onlar üçün xüsusi yer ayrılıb.

“İndi başqa bir təyyarə gələcək. Həmin təyyarənin təmirə ehtiyacı var. Bu səbəbdən xidmtə göstərə bilməz”, - deyə Məhərrəm Səfərli bildirib.