“Bakıda 5 hektarlıq sahədə “Qəhrəmanlar parkı” yaradaq”

bakida-5-hektarliq-sahede-qehremanlar-parki-yaradaq
Oxunma sayı: 2355

“Şəhid ailələri övladlarının adının əbədiləşdirilməsini istəyirlər. Biz onların istəklərini yerinə yetirməyəndə incik düşürlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə deyib.

O qeyd edib ki, hər şəhidin adına məktəb, küçə vermək olmur: “Hər deputatın adına şəhid ailələrindən bu cür məktublar daxil olur. Təklif edirəm ki, Bakıda olan 5 hektarlıq sahədə “Qəhrəmanlar parkı” yarada bilərik. Burada Şəhidlər Xiyabanında olmayan şəhidlərin adı əbədiləşdirilə bilər. Bu park turist parkı kimi də ola bilər. İsraildə belə nümunə var. Beləliklə heç bir valideyn incik düşməz. Çünki bir şəhidin adı əbədiləşdirilib, digəri əbədiləşdirilməyəndə narazılıqlar yaranır”.

Milli Məclisin komitə sədri Əli Hüseynli bildirib ki, şəhid ailələriylə bağlı məsələlərin hamısı Prezident İlham Əliyevin diqqətindədir.

Günel Türksoy