Bakıda 5 maşın toqquşdu, yaralılar var - Fotolar

bakida-5-masin-toqqusdu-yaralilar-var
Oxunma sayı: 2880

Bakının Nərimanov rayonunda 5 avtomobil toqquşub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

“Nissan” markalı avtomobilə arxadan gələn “Volkswagen”, ona isə ardınca “Mercedes” markalı iki avtomobil çırpılıb. Qəza zamanı iki sərnişin xəsarət alıb. 

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.