Bakıda 5 nəfər liftdə qaldı

bakida-5-nefer-liftde-qaldi
Oxunma sayı: 2046

Fövqəladə Hallar Nazirliyi liftdə qalanları xilas edib. "Qafqazinfo" qurumun saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 5 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaradıb.