Bakıda 50 dayanacaq təşkil edildi

bakida-50-dayanacaq-teskil-edildi
Oxunma sayı: 1391

Paytaxtın Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən 50 dayanacaq məntəqəsi təşkil edilib. 

“Qafqazinfo” xəbər verir ki, bunlardan da 27-də pavilyon quraşdırılıb. Buna məqsəd  isə sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin, sərnişindaşımada keyfiyyətin artırılmasıdır.