Bakıda 53 yaşlı qadını qardaşı döydü

bakida-53-yasli-qadini-qardasi-doydu
Oxunma sayı: 2266

Xətai rayonunda qardaş bacısını ölümcül döyüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə  Bakının "NZS" qəsəbəsində qeydə alınıb.

Ailə münaqişəsi zəminində 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızı qardaşı tərəfindən döyülüb. Ağır xəsarət alan Köçərli Bikə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Ona başın və döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub.Həkimlər vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Tural Hüseynli