Bakıda 55 nəfərin sosial məsafə saxlamadan işlədiyi istixana aşkarlandı

bakida-55-neferin-sosial-mesafe-saxlamadan-islediyi-istixana-askarlandi
Oxunma sayı: 3714

Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, rayonun 2 nömrəli sovxozun ərazisində yerləşən pomidor məhsulu yetişdirilən istixanada da karantin qaydalarının pozulması faktı aşkarlanıb.

“Qızıl noxur" adlı obyektin sahibi Kamil Musayevə məxsus istixanada 55 nəfərin sosial məsafə gözlənilmədən toplaşmaları və işləmələri müəyyən edilib. Araşdırma zamanı həmin şəxslərdən 32 nəfərin icazəsinin olması müəyyən edilsə də, digər 23 nəfərin 1 otaqlı tikilidə sosial məsafə gözləmədən xüsusi karantin qaydalarını pozduqları aşkarlanıb.

22 nəfər və sahibkar Kamil Musayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə cərimələniblər.