Bakıda 550 küçə dezinfeksiya edildi - Fotolar

bakida-550-kuce-dezinfeksiya-edildi
Oxunma sayı: 911

Son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq, bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda artıq 17-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 550 küçə dezinfeksiya olunub.

BŞİH-dən "Qafqazinfo"ya bildirilib ki, görülən bu işlər mütəmadi davam etdiriləcəkdir.

Vətəndaşlardan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.