Bakıda 6 aylıq körpə koronavirusdan ölüb? - Açıqlama

bakida-6-ayliq-korpe-koronavirusdan-olub
Oxunma sayı: 2792

Bakıdakı xəstəxanalardan birində körpə ölüb. “Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda yerləşən Əbülfəz Qarayev adına 2 saylı uşaq xəstəxanasında qeydə alınıb. Burada 6 aylıq Ə.Əliyarlı pnevmoniya və tənəffüs çatışmazlığından ölüb. Onun COVID-19-a yoluxub-yoluxmadığı da araşdırılır.

TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, körpədən koronavirusa görə analiz götürülüb: “Körpəyə III-IV dərəcəli ağciyər, ürək çatışmazlığı diaqnozu qoyulub. Uşaqda COVID-19 analizinin nəticəsi neqativ çıxıb”.

Gülnar Əliyeva