Bakıda 6-cı “MS Oil” yanacaqdoldurma məntəqəsi istifadəyə verildi - Fotolar

bakida-6-ci-ms-oil-yanacaqdoldurma-menteqesi-istifadeye-verildi
Oxunma sayı: 2440

Xırdalan şəhəri, Masazır dairəsində “MSDIS Holding”ə məxsus ən yüksək standartlara cavab verən “MS Oil” yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub. Şirkət bununla da yanacaqdoldurma məntəqələrinin sayını 6-ya çatdırıb.

"Qafqazinfo" xəbər verir ki, açılış tədbirində “MSDIS Holding”in rəhbəri Mirfəyyaz Nağıyev, şirkət nümayəndələri və qonaqlar iştirak edib.

Ardınca sayca 6-cı MS OİL YDM-nin açılışını bildirən rəmzi qırmızı lent və tort kəsilib.

Qeyd edək ki, Masazır dairəsindəki “MS Oil”də 20 nəfər əməkdaş çalışır. “MS Oil”in fəaliyyət sahələrini benzin, dizel və qaz yanacağının satışı təşkil edir. Bundan əlavə, YDM-in ərazisində avtoyuma xidməti və market də fəaliyyət göstərir.

Bundan əlavə, yeni istifadəyə verilən bütün “MS Oil” YDM-lərdə həmçinin “Şanslı oil” lotereyası oynanılır. Dekabrın 15-nə qədər davam edəcək lotereyada hər 25 AZN dəyərində yanacaq dolduran müştərilər 2 “Khazar” avtomobili, 2 kvadrosikl, 12 televizor, 12 smartfon, 12 paltaryuyan maşın və 150-dən çox “MS Oil” hədiyyə kartı qazanmaq şansı əldə edəcəklər. Bundan əlavə, “MS Oil” YDM-in bonus, balans və hədiyyə kartları da mövcuddur.

Xatırladaq ki, “MS Oil”in filialları aşağıdakı ünvanlarda yerləşir.

MS Oil 1: Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi;

MS Oil 2: Xırdalan qəsəbəsi, Bakı-Quba yolunun 12-ci kilometrliyi;

MS Oil 3: Koroğlu Rəhimov küçəsi, 65;

MS Oil 4: Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 8;

MS Oil 5: Bakı şəhəri, Salyan şosesi 13 km;

MS Oil 6: Xırdalan şəhəri, Masazır dairəsi.

Sayt: www.msdisholding.az

“Facebook”: msdisholdingllc

“Instagram”: msdisholding

“LinkedIn”: msdisholdingll