Bakıda 6 maşın qəza törətdi

bakida-6-masin-qeza-toretdi
Oxunma sayı: 796

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Heydər Əliyev Beynəlxalq Hava Limanından “Koroğlu” metrostansiyasına gedən yolda bir  “VAZ 2101”, bir “VAZ 2106”, bir “Hyundai”, iki “Mercedes” markalı avtomobil və yük maşını toqquşub. Hadisə nəticəsində yolda qısamüddətli tıxac yaranıb.
 
Faktla bağlı araşdırma aparılır.