“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev “ans press”ə məlumat verib.
İyun ayında isə dənizdə batanların sayı 10 nəfərdir. Onlardan 7-si ölüb. 3 nəfəri isə təcili yardım həkimləri həyata qaytara biliblər. Boğulanlardan 4-ü uşaqdır.
İlansaacma ilə 6 nəfər müraciət edib ki, onlardan 3-ü kişi, 3-ü qadındır.
Yayın ilk ayı paytaxtda 7 nəfəri gün vurub. Təcili yardıma müraciət edənlər arasında kişilər üstünlük təşkil edir - 5 nəfər. Müraciət edənlərdən 3-ü xəstəxanaya yerləşdirilib.
Oqtay Şahmalıyev vətəndaşlara qızmar yay günlərində ehtiyatlı olmağı məsləhət görüb. “Əsasən yaşlılar və uşaqlar çox diqqətli olsunlar. Saat 11-dən axşam saat 17-yə qədər çox diqqəti olmaq lazımdır. Çalışıb günəşin altında durmaq olmaz. Çölə çıxmaq məcburiyyətində qalanlar nazik və təbii materialdan olan paltarlar geyinsinlər. Mümkün qədər çox maye, su qəbul etsin, tez-tez yuyunsunlar”.
Baş həkimin müavini bu ay da təcili yardım həkimlərinə qarşı müəyyən təzyiqlər edilməsi hallarının baş verdiyini deyib. Onun sözlərinə görə, bu ay ərzində təcili yardım həkimlərinə 3 təzyiq faktı qeydə alınıb və hər 3 halla bağlı polisə müraciət edilib.
Son xəbərlər
Son Xəbərlər