Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.
Orada aşkarlanan 1959-cu il təvəllüdlü Katrina Olqa Yuriyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər