Bakıda 7 kiloqram narkotika tutuldu

bakida-7-kiloqram-narkotika-tutuldu
Oxunma sayı: 648

Nizami RPİ NMB və 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Beyləqan rayon sakini Behbud Cəlilovdan 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilib.

Xəzər RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Məmmədovdan 40 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Martın 3-də, 7-ci mikrorayonda Ağstafa rayon sakinləri Seymur Qəhrəmanov və Anar Alməmmədov Ucar rayon sakini Rəfail Qurbanova balıq almaq adı ilə 2 ədəd saxta 50 manatlıq əskinaz təqdim edərkən Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən tutulublar. Onlardan əlavə olaraq 9 ədəd 50 manatlıq və 22 ədəd saxta 20 manatlıq əskinaz aşkar edilib.

2011-ci il dekabrın 11-nə keçən gecə O.Bağırov küçəsində yaşayan Zenfira Əliyevanın evindən açıq qapıdan keçmə yolu ilə televizor, DVD və telefon oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Rüstəmov və Tərlan Mustafayev martın 3-də tutulublar.

Yasamal RPİ 29-cu və Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Vaqif Abışov martın 3-də tutulub.

Martın 4-ü saat 12:20 radələrində, A.Quliyev küçəsində Bakı şəhər sakini Seyfəddin İsmayılov idarə etdiyi “FATİH F 280” markalı yük avtomobili ilə Bakı şəhər sakini Emin Hüseynovu vurub, zərərçəkmiş xəstəxanaya aparılarkən ölüb.

Martın 3-nə keçən gecə Bakı şəhər sakini Elçin Məmmədova məxsus Z.Bünyadov prospektində yerləşən mağazadan qapını sındırma yolu ilə içərisində şəxsi sənəd, 7 ədəd avtomobil açarı olan dəmir seyf və 7 ədəd təkər disklərlə birlikdə oğurlanıb. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Azad Bəşirov martın 4-də tutulub.

Fevralın 19-da, F.Xoyski prospektində yerləşən restoranda naməlum şəxslər orada işləyənlər, Bakı şəhər sakinləri Azəri Əliyev və Əsvər Quliyevi döyüblər. Nəticədə A.Əliyev bel nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Əliyevə və Ə.Quliyevə qarşı xuliqanlıq edənlər, Bakı şəhər sakinləri Elnur Hüseynov, Fərid Həmidzadə, Nurəli Babaəliyev, Vüqar Ramazanov, Emil Mustafayev və Fərid Qurbanov martın 4-də tutulublar.

Martın 3-də, Q.Qarayev prospektində naməlum şəxs Rəna Mustafayevaya məxsus, içərisində 30 manat, 2 ədəd metro kartı və ətir olan əl çantasını əlindən alaraq qaçıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Cabbarov martın 4-də tutulub.