Bakıda 7 otaqlı villa yandı

bakida-7-otaqli-villa-yandi
Oxunma sayı: 1291


FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə  Nərimanov rayonunda qeydə alınıb.

Ümumi sahəsi 792 kv.m olan ikimərtəbəli mansard tipli 7 otaqlı evin 1-ci və 2-ci mərtəbəsində ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Murad Əhməd