Bakıda 78 dilənçi saxlanıldı- - Rayonlara göndərildi

bakida-78-dilenci-saxlanildi-
Oxunma sayı: 1694


“Qafqazinfo” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dilənçiliklə məşğul olduqlarına görə 72 nəfər (22 qadın, 17 kişi və 33 azyaşlı) Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, onlara xəbərdarlıq edildikdən sonra yaşadıqları Xızı rayonuna göndəriliblər.

Nərimanov RPİ əməkdaşları tərəfindən isə dilənçiliklə məşğul olduqlarına görə 6 nəfər (2 qadın və 4 azyaşlı) saxlanılıb, onlara xəbərdarlıq edildikdən sonra yaşadıqları Yevlax rayonuna göndəriliblər.