Bakıda 8-ci sinif şagirdi bıçaqlandı

bakida-8-ci-sinif-sagirdi-bicaqlandi
Oxunma sayı: 3329

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. 8-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Kazımov Sənan Kənan oğlu oxuduğu məktəbin 11-ci sinif şagirdi tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hər iki şagird Bakıxanov qəsəbəsində yerləşən orta məktəblərin birində oxuyurlar.