Bakıda 80 nəfərlik qolf turniri

bakida-80-neferlik-qolf-turniri
Oxunma sayı: 742

Dreamland Qolf Klubunda rekord sayda, 80 nəfərin iştirakı ilə Marriott JW Abşeron oteilinin sponsorluq etdiyi növbəti qolf turniri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, turnirdə hədiyyə olaraq Marriott JW Abşeron oteli restoran vauçerlərindən tutmuş, oteldə bir gecəlik qalmağa qədər qiymətli hədiyyələr təqdim edilib. Bundan əlavə ilk dəfə olaraq Marriott JW Abşeron ilk dəliyə görə də mükafat təqdim edib. Belə ki, 4-cü dəlikdə əgər hər hansı oyunçu ilk zərbədən dəliyə düşə bilsə idi, onlar 20.000 azn dəyəri olan prezident nömrəsində gecələmək imkanı qazanırdılar.

Lakin böyük ustalıq tələb edən bu atışı heç kəs bacara bilməyib. Bunu görən Marriott JW Abşeron otelinin baş direktoru Martin Kleinman bu hədiyyəyə görə auksion elan edib. 5000 azn qiymətinə satılan hədiyyədən qazanılan gəlir isə SOS uşaq kəndlərinə xeyriyyə məqsədilə xərclənilib.

Günün qalibi Nil Makkin, Refik Şabanoviç, Andro Şilakadze və Xəlil Hüseynov olub.