Bakıda 83 yaşlı kişi meyiti tapıldı

bakida-83-yasli-kisi-meyiti-tapildi
Oxunma sayı: 1195

Bakı şəhərinin Səbail rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Abbasov Fuad İzi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.