Bakıda 846 min rupi oğurlayan hindistanlı tutuldu

bakida-846-min-rupi-ogurlayan-hindistanli-tutuldu
Oxunma sayı: 1846

Bakıda pul oğurlayan əcnəbi tutulub.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846 000 rupinin (təxminən 17 min 681 manat) qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmyerlisi V.Bahagat müəyyən olunaraq Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.

Araşdırma aparılır.