Bakıda 92 yaşlı qadın evində ölü tapıldı

bakida-92-yasli-qadin-evinde-olu-tapildi
Oxunma sayı: 1242

Bakıda mənzildə bir qadının meyiti tapılıb.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1925-ci il təvəllüdlü Həsənova Suriyə Ağabala qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.