Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə “Qafqazinfo”ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Yanğın nəticəsində 300kv.m. sahədə qamışlıq yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.