Bakıda adam öldürən sürücü "BMW"sini qoyub qaçdı

bakida-adam-olduren-surucu-quotbmwquotsini-qoyub-qacdi
Oxunma sayı: 2395


“Qafqazinfo” xəbər verir ki, hadisə şahidlərinin lent.az-a verdikləri məlumata görə, Nobel prospektində "BMW" markalı, 90 UV 203 nömrə nişanlı avtomobil piyadanı vurub. Yüksək sürətlə hərəkət edən avtomobilin vurduğu yaşlı kişi 15-20 metr aralıya düşüb və hadisə yerindəcə keçinib. Avtomobilin sürücüsü maşını hadisə yerində qoyaraq gedib.

Xətai Rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, qəzada ölən şəxs 1940-cı il təvəllüdlü Mustafayev Ələmşah Yusif oğludur. Onu vuran sürücünün kimliyini müəyyən etmək hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.