Bakıda adam öldürməkdə şübhəli bilinən ər-arvad saxlanıldı

bakida-adam-oldurmekde-subheli-bilinen-er-arvad-saxlanildi
Oxunma sayı: 5836

Aprelin 6-sı saat 17 radələrində paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən mənzillərin birində 1970-ci il təvəllüdlü Müşfiq Rəcəbovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, ilkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1984-ci il təvəllüdlü Samir Kərimov və 1979-cu il təvəllüdlü Sevda Kərimova tərəfindən küt alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Samir Kərimov və arvadı Sevda Kərimova iş üzrə şübhəli şəxs qismində saxlanılıb.