Bakıda aeroportda silahlı şəxs saxlanıldı

bakida-aeroportda-silahli-sexs-saxlanildi
Oxunma sayı: 1726


"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərtac-a “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

M. Səfərli bildirib ki, 1977-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Vaqif İsmayılovun üzərindən tabel silahı olan “Makarov” tipli tapança aşkar edilib. Saxlanılan şəxsin üzərindən tapança ilə yanaşı, 1 ədəd daraq və 6 ədəd döyüş patron da aşkar edilərək götürülüb. V. İsmayılov Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis idarəsinə təhvil verilib.