Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və İngiltərənin Mançester Yunayted futbol klubu arasında Bakcell şirkətinin dəstəyi ilə baş tutan yeni tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərəcək Mançester Yunayted Futbol Məktəbinin açılacağını elan edir.
İlkin mərhələdə, Akademiyanın istedadlar qruplarında hər birində 16 uşaq olmaqla 32 uşaq oxuyacaq. İstedadlar qruplarında təhsil pulsuz olacaqdır. Uşaqlar hər bir kateqoriya üzrə Mançester Yunayted klubundan ezam olunan məşqçilər tərəfindən seçim prosesində seçiləcəklər.
İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq: 1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq 2) U10/U11 - (2004 və 2005-ci il təvəllüdlü) - 16 uşaq
Məşqlər Mançester Yunayted futbol məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistenti tərəfindən keçiriləcəkdir. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaqdır (məşqdən qabaq həftədə ən azı iki dəfə). İstedadlar qruplarının seçilməsi 23 sentyabr tarixində “Bayıl Arena” stadionunda keçiriləcəkdir. İstedadlar qruplarının seçilməsi prosesi başa çatdırıldıqdan sonra kommersiya əsaslı qrupların seçim prosesi başlayacaq.
Qeydiyyatdan keçməyi istəyənlər sentyabrın 12-dən 22-dək, iş günlərində, saat 09:00-dan 18:00-dək aşağıdakı əlaqə məlumatlarından istifadə edərək AFFA-nın nümayəndələri ilə əlaqə yarada bilərlər:
Ramin Həsənov: Tel: +994 55 511 20 80 E-poçt: [email protected]
Kifayət Osmanova: +994 55 511 70 72 E-poçt: [email protected]
Son xəbərlər
Son Xəbərlər