Bakıda ağaclıq ərazidə yanğın - Yenilənib+Foto

bakida-agacliq-erazide-yangin
Oxunma sayı: 5882

Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə yanğın başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb.

***

Əldə etdiyimız məlumata görə, yanğın ərazisinə Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşları gəlib. Hazırda yanğının səbəbləri araşdırılır və ərazinin təmizlənməsi işləri aparılır.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Bakıda ağaclıq ərazidə baş verən yanğınla bağlı məlumat yayıb.

Məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 1 hektara yaxın ərazidə quru ot və ağaclar yanıb. Yaxınlıqdakı tikililər və sıx ağaclıq ərazi yanğından mühafizə olunub. Yanğın saat 13:08-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.