Bakıda ağır qəza- - 4 yaralı

bakida-agir-qeza-
Oxunma sayı: 3154


“Qafqazinfo” xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsindən ans press-ə verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində hərəkət edən "Prado" markalı maşınla "VAZ-21015" markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü ağır yaralanıblar. Bundan başqa, "VAZ" markalı maşında olan 2 sərnişin də ağır yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Verilən məlumata görə, "VAZ" markalı maşının sürücüsünün vəziyyəti nisbətən ağırdır.

Faktla bağlı araşdırma aparılır.