Bakıda ağır qəza – - 2 ölü

bakida-agir-qeza-
Oxunma sayı: 1278


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, ağır qəza Sabunçu rayonu ərazisində Zabrat-Maştağa yolunda olub.  Eyni istiqamətdə hərəkət edən “VAZ 21 Priora” markal avtomobil ilə “Man” markalı benzin daşıyan yük maşını toqquşub. 

Qəza nəticəsində minik avtomoblində olan 2 nəfər - 38 yaşlı sərnişin Quliyev Rövşən və 40 yaşlı sürücü Ağayev Elman Şirin oğlu hadisə yerində keçiniblər. Digər 2 sərnişin - 42 yaşlı Əzizov Mirvaleh və 32 yaşlı Şərifov Əli Arif oğlu isə ağır vəziyyətdə Sabunçu rayon xəstəxanasına yerləşdiriliblər. 

Minik maşınında olan sərnişinlər toydan qayıdırmışlar və içkili olublar. 

İlkin ehtimala görə, qəzaya səbəb yük avtomobilini yolun ortasında anidən manver etməsidir. “VAZ 21 Priora” markalı minik avtomobili yük avtomobilinə arxadan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

“Qafqazinfo”