Bakıda ağır qəza - Gənc oğlan öldü

bakida-agir-qeza-
Oxunma sayı: 3308

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, Bakı-Ələt magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində "Mercedes" markalı minik avtomobili 1990-cı il təvəllüdlü oğlanı vurub. 26 yaşlı şəxs aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.