Maştağa qəsəbəsində, Məmmədyarov dairəsi deyilən ərazidə yol qəzası baş verib.
"Qafqazinfo" xəbər verir ki, 99-DO-694 dövlət nömrə nişanlı "Mersedes"lə taksi fəaliyyəti ilə məşğul olan şəxs piyadanı vurub. Hadisədən bir neçə dəqiqə sonra o keçinib.
Kimliyi məlum olmasa da, piyadanın 17-18 yaşında yeniyetmə olduğu bildirilir.
Şahidlərin sözlərinə görə, sürücü piyadanı vurandan sonra xəstəxanaya aparmaq istəsə də, o, yolda dünyasını dəyişib.
Hadisə yerinə gələn polis əməkdaşları sürücünü həbs ediblər.




Son xəbərlər
Son Xəbərlər