Bakıda ağır qəza, 2 nəfər öldü - Yenilənib

bakida-agir-qeza-2-nefer-oldu
Oxunma sayı: 3728

Bakı şəhərinin Nizami rayonunda “Opel” və “VAZ” markalı iki minik avtomobili toqquşub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumata daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Hadisə nəticəsində ölənlərdən biri 1996-cı il təvəllüdlü, Nizami rayon sakini İbrahimov Orxan Əli oğludur. Digər şəxs isə Qaradağ sakini Məzahir Əhmədovdur.