“Qafqazinfo” Apa-ya istinadən xəbər verir ki, yol qəzası Salyan şossesində qeydə alınıb.
1973-cü il təvəllüdlü Hüseynov Rasim Hüseyn oğlu "VAZ-2104" markalı avtomobillə Bakı-Qazax magistralı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın Türkiyənin nəqliyyat şirkətlərindən birinə məxsus olan iritonnajlı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində "VAZ-2104"ün sürücüsü Rasim Hüseynov hadisə yerində dünyasını dəyişib.
Faktı Səbail Rayon Polis İdarəsi araşdırır.
Son xəbərlər
Son Xəbərlər