Bakıda ağır qəza, qadın öldü

bakida-agir-qeza-qadin-oldu
Oxunma sayı: 1800

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində “Daewoo Gentra” markalı minik avtomobili 1969-cu il təvəllüdlü Həsənova Nərgiz Şərif qızını vurub. Ağır xəsarət alan 49 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.