Bakıda ağır qəza tıxac yaratdı - Foto

Bakıda ağır qəza tıxac yaratdı
Oxunma sayı: 3904

Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Heydər Əliyev prospektidə - Bakı Olimpiya stadionun yaxınlığında ağır qəza baş verib.

Bu səbəbdən Mərdəkan qəsəbəsi istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.