Bakıda ağır qəzaların ən çox olduğu yolda yenilik - Video

bakida-agir-qezalarin-en-cox-oldugu-yolda-yenilik
Oxunma sayı: 3573

Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti- Əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib. 

Bu barədə BNA-dan “Qafqazinfo”ya məlumat verilib. Bildirilir ki, ayırıcı bordürün inşasında məqsəd prospektin bu hissəsində baş verən yol nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsidir. 

Qeyd edək ki, 2019-2021-ci illər ərzində Heydər Əliyev prospektində “Bağırov” körpüsü adlanan hissədə ciddi fəsadlara yol açan 11 nəqliyyat hadisəsi baş verib.